AZ

Bakıda ağır yol qəzası — Ölən var (YENİLƏNİB)

Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, hadisə vaxtı Cəlilov Səməndər Lətif oğlunun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Zabrat qəsəbəsindəki “Rahat” marketin qarşısında dayanmış “HOWO” markalı yük maşınına çırpılıb. Nəticədə S.Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Seçilən
43
9
demokrat.az

10Mənbələr