AZ

İsrail Parisin Fələstini tanımaq planına sərt addımlarla cavab verməyə hazırlaşır - ÖZƏL 

Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, İsrail Fransa hökumətinin Fələstini dövlət kimi tanımaq niyyətinə qarşı sərt cavab tədbirləri hazırlayır. Məsələ ilə bağlı Avropa rəsmilərinə və İsrail hökumətinin mövqeyini yaxından bilən eksperta istinadən bildirilir ki, rəsmi Tel-Əviv bir neçə addımı gündəmdə saxlayır. Həmin tədbirlərə İordan çayının Qərb sahilində ilhaq prosesinin sürətləndirilməsi, Qüdsdəki Fransa konsulluğunun bağlanması, eləcə də Fransaya məxsus müqəddəs yerlər və ərazilərlə bağlı addımların atılması daxil ola bilər. Bu yerlərə xristianların ziyarətgahı olan Eleona Müqəddəsliyi də daxildir..İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel Fransa radiosuna müsahibəsində bildirib ki, hələ İsrail dövləti yaranmamışdan - 1948-ci ildən mövcud olan Fransa konsulluğunun bağlanması Baş nazir Benyamin Netanyahu tərəfindən nəzərdən keçirilir.
Avropa diplomatlarından biri isə qeyd edib ki, İsrail "cavab addımlarında heç bir həddi gözləməyəcək" və nəticə etibarilə iki ölkə arasında münasibətlər ciddi şəkildə pisləşəcək. Onun sözlərinə görə, bu prosesdə Fransa prezidenti Emmanuel Makron əsas təşəbbüskar olub və Netanyahu ilə dialoq artıq xeyli çətinləşib. Xatırladaq ki, Makron sentyabrın 22-də BMT-də Fələstinin tanınması ilə bağlı konfrans keçirəcəyini açıqlayıb. İyulun 29-da Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi bəyan edib ki, London da BMT Baş Assambleyasının sessiyasına qədər Fələstini tanıya bilər. Hazırda Fələstin 148 BMT üzvü tərəfindən tanınır, 95 ölkədə isə diplomatik nümayəndəlikləri fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr