AZ

Putin miqrantlar üçün patentləri ləğv edə bilər

Rusiya Prezidenti Vladimir Putinə işçi miqrantlar üçün patent sisteminin ləğvi təklif olunub.

Operativ Media xəbər verir ki, bunu partiya lideri Sergey Mironov irəli sürüb.

Bildirilib ki, Putin bu təklifi parlament fraksiyalarının rəhbərləri ilə görüşdə qəbul edib.

Hazırda Rusiyada vizasız ölkələrdən gələn əmək miqrantları üçün patent sistemi fəaliyyət göstərir. Bu, ölkəyə daxil olduqdan sonra 30 gün ərzində verilməli olan iş icazəsidir.

Qeyd edək ki, patent almaq üçün əcnəbi vətəndaşlar yaşadıqları yer üzrə qeydiyyatdan keçməli, tibbi müayinədən keçməli, rus dilini, tarixini, qanunvericiliyini bilmələrini təsdiq etməli, sənədləri Daxili İşlər Nazirliyinə təqdim etməli, dövlət rüsumu ödəməlidirlər.


Şəfa Hüseynli

Seçilən
43
operativmedia.az

1Mənbələr