AZ

Tramp Cinpinlə "TikTok"un taleyini HƏLL EDƏCƏK

Sentyabrın 19-da ABŞ Prezidenti Çin prezidenti Si Cinpinlə telefon danışığı keçirərək tarifləri və ABŞ-da "TikTok"un gələcəyini müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Tszinpin arasında cümə günü telefon danışığı "TikTok"un taleyini müəyyən edəcəyini və dünyanın iki ən böyük iqtisadiyyatı arasında potensial olaraq ticarət gərginliyini azaldacağını vəd edir”, - hesabatda deyilir.

Tərəflər "TikTok"un ABŞ-dakı əməliyyatlarına nəzarətin çinli ana şirkəti "ByteDance Ltd."dən Amerika investorları konsorsiumuna verilməsi üçün bu həftə açıqlanan çərçivə sazişini müzakirə edəcəklər.

Seçilən
19
1
publika.az

2Mənbələr