AZ

Fransa yeni ballistik raket hazırlayır

Fransa Baş Silah Müdirliyi (DGA) mövcud raket seriyasının dördüncü versiyası olacaq yeni M51.4 strateji ballistik raketin hazırlanması üçün ArianeGroup şirkəti ilə müqavilə imzalayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Qeyd edək ki, M51 seriyası 2010-cu ildən Fransa Silahlı Qüvvələrinin arsenalındadır və hazırda dörd nüvə sualtı qayığında yerləşdirilib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, yeni M51.4 modeli məsafə, dəqiqlik və düşmən müdafiə sistemlərini aşmaq imkanları baxımından təkmilləşdiriləcək. Nazirlik vurğulayıb ki, bu addım raketin dəyişən qlobal təhlükələr qarşısında “okean çəkindirici silah” kimi rolunu möhkəmləndirməyə xidmət edir.

Yeni raket nüvə sualtı qayıqlarında yerləşdirilməsi üçün uyğunlaşdırılacaq.

Seçilən
54
veteninfo.az

1Mənbələr