BAKI, 19 sentyabr. TELEQRAF
Şimali Koreyada ölkə lideri Kim Çen Inın rəhbərliyi altında pilotsuz silahların sınaqları keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Bildirilir ki, Kim Çen In strateji və taktiki kəşfiyyat pilotsuz uçuş aparatları (PUA) və çoxməqsədli dronlar da daxil olmaqla, müxtəlif pilotsuz silahların xüsusiyyətləri və döyüş şəraitində tətbiq edilməsi imkanları ilə tanış olub.