AZ

KİV: Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır

Səudiyyə Ərəbistanı artıq ABŞ-a təhlükəsizlik sahəsində tam güvənməyə hazır deyil və yeni strateji tərəfdaşlıqlar qurmaq imkanlarını araşdırır.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr bunu Səudiyyə Ərəbistanı və Pakistan arasında strateji qarşılıqlı müdafiə sazişinin imzalanması ilə əlaqələndirərək

Qəzet yazır ki, yeni razılaşma bölgədə güc balansını dəyişə və ABŞ-ın uzun müddətli yaxın tərəfdaşının milli təhlükəsizlik məsələlərində Vaşinqtona olan asılılığını azaltmaq istədiyini göstərə bilər.

Qeyd olunur ki, Ər-Riyad və İslamabad arasındakı saziş İsrailin Dohada HAMAS rəhbərliyinə endirdiyi zərbədən bir həftə sonra elan olunub.

Seçilən
39
1
apa.az

7Mənbələr