AZ

Səudiyyə Ərəbistanı ABŞ-a inamını itirdi

İsrailin Qətərə endirdiyi zərbələrdən sonra Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlara inam zəiflədiyi üçün yeni təhlükəsizlik ittifaqları axtarmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

"Səudiyyə Ərəbistanı onilliklər ərzində hərbi müdafiə üçün ABŞ-a güvənib. İndi o, başqa yerə baxır. Çərşənbə günü Fars körfəzinin ərəb dövləti nüvə silahına malik yeganə müsəlman ölkəsi olan Pakistanla müdafiə paktı imzalayıb", - məlumatda deyilir.

Razılaşma İsrailin ABŞ-ın Körfəzdəki digər əsas tərəfdaşı olan Qətərdə HƏMAS-ın siyasi xadimlərinə raket zərbəsi endirməsindən bir həftə sonra elan edilib.

WSJ hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı razılaşma regionda güc balansını dəyişə bilər və Ər-Riyadın milli təhlükəsizlik məsələlərində Vaşinqtondan asılılığını aradan qaldırmaq istədiyini göstərir.

Seçilən
57
3
publika.az

7Mənbələr