AZ

Ekvadorun sabiq prezidenti rüşvət almaqda ittiham edildi

BAKI, 19 sentyabr. TELEQRAF

Ekvadorun keçmiş prezidenti Lenin Moreno “Coca Codo Sinclair” hidroelektrik stansiyasının tikintisi zamanı bənd inşasında rüşvət almaqda ittiham edilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına görə, ehtimal olunan cinayətlər 2007-2013-cü illər aralığında, Morenon ölkənin vitse-prezidenti olduğu dövrdə törədilib. Prokurorluq iddia edir ki, "yüksək vəzifəli məmurlar və iş adamları “Sinohydro” şirkətinin (Çin) xeyrinə sövdələşməyə giriblər və kompensasiya qismində qanunsuz rüşvət alıblar".

İstintaqın məlumatına görə, benefisiarlar Morenon dostları - Konto Patinyo, Maria Patinyo və Xavyer Masias olub. Ümumilikdə onlar 76,1 milyon ABŞ dolları məbləğində vəsait almaqda şübhəli bilinirlər.

Seçilən
45
teleqraf.com

1Mənbələr