AZ

Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Senzor.az-a verilən xəbərə görə, Bişkek şəhərinin “Manas” Beynəlxalq Aeroportunda Əli Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Qeyd edək ki, bu gün Bişkek şəhərində TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.

 

Seçilən
31
15
senzor.az

10Mənbələr