AZ

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba tapılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Berlinin mərkəzində, Mitte rayonu ərazisində aparılan tikinti işləri zamanı II Dünya müharibəsindən qalmış partlayıcı maddə tapılıb.
Oxu.Az "Bild" qəzetinə istinadla xəbər verir ki, bombanın yerləşdiyi ərazidə 500 metrlik müvəqqəti təhlükəsizlik zonası yaradılıb və əməliyyata çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub.
Partlayıcı maddə Şpre çayında üç metr dərinlikdə aşkarlanıb. Təhlükəsizlik və təxliyə tədbirlərinin əhatə dairəsi mütəxəssislərin araşdırmasından sonra müəyyən ediləcək.
Berlin polisi artıq bir qisim sakinləri təhlükəsizlik məqsədilə evakuasiya edib.
Seçilən
35
oxu.az

1Mənbələr