BAKI, 19 sentyabr. TELEQRAF
Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, şəhərdə partlayış və atəş səsləri eşidilir.
Şəhər rəhbərliyinin məlumatına görə, Kiyevdə hava hücumundan müdafiə sistemi işləyir.
“Telegram” kanallarında yayılan videoda dronların uçuş və atəş səsləri eşidilir, səmada parlaq işıqlar müşahidə olunur.