BAKI, 19 sentyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, son oyun günündə daha 6 qarşılaşma təşkil olunub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Almaniyada “Ayntraxt Frankfurt”a 1:5 hesabı ilə məğlub olub.
İngiltərənin “Mançestes Siti” klubu evdə İtaliya təmsilçisi “Napoli”ni 2:0, İspaniya “Barselona”sı İngiltərədə “Nyukasl Yunayted”i 2:1 hesabı ilə üstələyib.
Qazaxıstanın “Kayrat” klubu isə səfərdə Portuqaliyanın “Sportinq” klubuna 1:4 hesabı ilə yenilib.
Qeyd edək ki, II turun matçları 30 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) 2:2
23:00. "Nyukasl Yunayted" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:1
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
23:00. "Ayntraxt Frankfurt" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1