AZ

"Barselona" Çempionlar Liqasına qələbə ilə başladı

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İngiltərənin “Nyukasl” komandasına qalib gəlib.

Publika.az xəbər verir ki, Nyukasl-apon-Tayndakı “Sent-Ceyms Park” stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb. Kataloniya təmsilçisinin hər iki qolunu ingilis futbolçu Markus Raşford vurub - o, 58-ci və 67-ci dəqiqələrdə fərqlənib. İngilislərin yeganə qolunu isə 90-cı dəqiqədə Entoni Qordon vurub.

Növbəti turda kataloniyalılar 1 oktyabrda öz meydanlarında Fransanın PSJ klubunu qəbul edəcəklər. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. “Nyukasl” isə həmin gün səfərdə Belçikanın “Union” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Xatırladaq ki, 2026-cı il Çempionlar Liqasının finalı 30 may 2026-cı ildə Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçiriləcək. Çempionlar Liqasının hazırkı qalibi isə Fransanın PSJ komandasıdır - o, finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edib.

Seçilən
26
50
publika.az

10Mənbələr