AZ

“Vulverhempton” Vitor Pereyra ilə əməkdaşlığı üç il uzatdı

İngiltərənin “Vulverhempton” klubu baş məşqçisi Vitor Pereyra ilə əməkdaşlığın üç il müddətinə uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi mətbuat xidməti yayıb.

Pereyra komandaya 2024-cü ilin dekabrında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub ötən mövsümü 19-cu yerdən 16-cı yerə yüksələrək Premyer Liqada qalmağı bacarıb. Hətta mövsümün sonunda Pereyra ən yaxşı baş məşqçi mükafatına namizəd olub.

Buna baxmayaraq, cari mövsüm “canavarlar” üçün uğursuz başlayıb: klub hazırda İngiltərə çempionatının sonuncu pilləsindədir.

Seçilən
10
90deqiqe.az

1Mənbələr