İngiltərənin “Vulverhempton” klubu baş məşqçisi Vitor Pereyra ilə əməkdaşlığın üç il müddətinə uzadıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi mətbuat xidməti yayıb.
Pereyra komandaya 2024-cü ilin dekabrında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub ötən mövsümü 19-cu yerdən 16-cı yerə yüksələrək Premyer Liqada qalmağı bacarıb. Hətta mövsümün sonunda Pereyra ən yaxşı baş məşqçi mükafatına namizəd olub.
Buna baxmayaraq, cari mövsüm “canavarlar” üçün uğursuz başlayıb: klub hazırda İngiltərə çempionatının sonuncu pilləsindədir.