BAKI, 18 sentyabr. TELEQRAF
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 125 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.