Kamçatkanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 125 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.