AZ

​HƏMAS beynəlxalq ictimaiyyəti etiraz aksiyasına çağırdı

HƏMAS Qəzzaya hücumlara və davam edən blokadaya qarşı beynəlxalq ictimaiyyəti yeni etiraz aksiyasına çağırıb. Metbuat.az xəbər verir ki, bu barədə hərəkatın internet saytında bəyanat dərc edilib. Bəyanatda dünyanın müxtəlif paytaxtlarında nümayişlərin keçirilməsinə çağırış edilib. Bəyanatda Qəzzada 2 milyondan çox insanın blokada, hücumlar, dağıntılar və məcburi köçkünlüklə üzləşdiyi vurğulanıb.

HƏMAS xüsusilə ABŞ və İsrail səfirlikləri qarşısında qlobal yürüşlərində iştiraka çağırıb və soyqırımı dayandırmaq, sərhəd keçidlərini açmaq üçün tələbə hərəkatları, həmkarlar ittifaqları və parlamentlər vasitəsilə təzyiq göstərilməsinə çağırıb.

Seçilən
9
1
metbuat.az

3Mənbələr