AZ

HƏMAS-dan “qlobal qəzəb yürüşləri” ÇAĞIRIŞI

HƏMAS Qəzzaya hücumlar və davam edən blokadaya qarşı beynəlxalq ictimaiyyəti yeni etiraz dalğasına çağırıb.

Busaat.az xəbər verir ki, hərəkatın internet saytında dərc edilən bəyanatda sentyabrın 19, 20 və 21-də dünyanın paytaxtlarında nümayişlərin keçirilməsi tələb olunub.

Bəyanatda Qəzzada 2 milyondan çox insanın blokada, hücumlar, dağıntılar və məcburi köçkünlük ilə üzləşdiyi vurğulanaraq, beynəlxalq sükut və acizliyə qarşı vahid səsin formalaşdırılmasının zəruriliyi vurğulanıb.

HƏMAS xüsusilə ABŞ və İsrail səfirlikləri qarşısında qlobal qəzəb yürüşlərində iştirak etməyə çağırıb və soyqırımı və məcburi köçü dayandırmaq, sərhəd keçidlərini açmaq və təcili yardım çatdırmaq üçün tələbə hərəkatları, həmkarlar ittifaqları və parlamentlər vasitəsilə təzyiq yaratmağa çağırıb.

Bəyanatda Qəzzaya gedəcəyi açıqlanan “Global Resolve Flotilla”-ya dəstək çağırışı da edilib.

HƏMAS bəyan edib ki, qarşıdakı günlər Qəzzəyə hücumlara qarşı qlobal hərəkatın yüksəlişində yeni mərhələ olacaq

Yeganə

Seçilən
22
1
busaat.az

3Mənbələr