AZ

Xankəndidə Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı qastrol konserti

17 sentyabrda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri çıxış edib.

Publika.az xəbər verir ki, orkestrin dirijoru Xalq artisti Ramiz Məlik-Aslanov, bədii rəhbəri isə Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına Uvertüra, “Arşın mal alan”dan seçilmiş parçalar və Feliks Mendelsonun “İtalyan simfoniyası” səsləndirilib.

Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Xankəndidə belə bir konsertin keçirilməsini tarixi hadisə adlandırıblar.

Seçilən
14
13
publika.az

10Mənbələr