ain.az, Metbuat portalına istinadən məlumat yayır.
“WhatsApp” gələn mesajlar üçün xatırlatmalar
təyin etməyə imkan verən funksiyanı istifadəyə verib.
Metbuat.az xəbər verir
ki, yeni funksiya beta versiyada müşahidə edilib. Məlumata görə, mesaj
xatırlatma funksiyası ilk dəfə iOS platformasında istifadəyə verilib. Bildirilir
ki, istənilən mesaj üçün, istər təkbətək söhbətdə, istərsə də qrup söhbətində
xatırlatma funksiyasını aktiv etmək olar. “WhatsApp” 1 dəqiqədən 1 günə qədər
əvvəlcədən təyin edilmiş taymerlər, həmçinin müəyyən tarix və vaxt seçmək
imkanı verən fərdi seçim təklif edir. Xatırlatma təyin edildikdə, “WhatsApp”
mesaj simvolunda kiçik zəng işarəsi qeyd edir. Planlaşdırılmış xatırlatma vaxtı
gələndə bildiriş "Xatırlatma" etiketi ilə yeni mesaj kimi müşahidə
edilir.
Bildiriş müşahidə edildikdən sonra “WhatsApp” xatırladıcını avtomatik
silir. Məlumata görə, “WhatsApp” xatırlatmalarını digər istifadəçilər müşahidə
edilə bilməz.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.