
“WhatsApp” gələn mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verən funksiyanı istifadəyə verib.
Yeni funksiya beta versiyada müşahidə edilib. Məlumata görə, mesaj xatırlatma funksiyası ilk dəfə iOS platformasında istifadəyə verilib. Bildirilir ki, istənilən mesaj üçün, istər təkbətək söhbətdə, istərsə də qrup söhbətində xatırlatma funksiyasını aktiv etmək olar. “WhatsApp” 1 dəqiqədən 1 günə qədər əvvəlcədən təyin edilmiş taymerlər, həmçinin müəyyən tarix və vaxt seçmək imkanı verən fərdi seçim təklif edir. Xatırlatma təyin edildikdə, “WhatsApp” mesaj simvolunda kiçik zəng işarəsi qeyd edir. Planlaşdırılmış xatırlatma vaxtı gələndə bildiriş "Xatırlatma" etiketi ilə yeni mesaj kimi müşahidə edilir.
Bildiriş müşahidə edildikdən sonra “WhatsApp” xatırladıcını avtomatik silir. Məlumata görə, “WhatsApp” xatırlatmalarını digər istifadəçilər müşahidə edilə bilməz. //Metbuat.Az