AZ

Fransada etiraz aksiyalarında yarım milyon insan iştirak edib

Sentyabrın 18-də Fransada keçirilən etiraz aksiyalarında yarım milyondan çox insan iştirak edib.

Qaziler.az bildirir ki, bu barədə “Le Figaro” yerli polis məlumatlarına istinadən xəbər verir.

"Bu cümə axşamı Fransada keçirilən nümayişlərdə 500 mindən çox etirazçı iştirak edib. Parisdə isə 55 min insan iştirak edib", - hesabatda deyilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri 181 nəfəri saxlayıb, daha 11 etirazçı isə xəstəxanaya yerləşdirilib.

Fransada bir neçə gündür etirazlar davam edir. Etirazlar hazırda parlamentdə baxılan 2026-cı il büdcə qanunu layihəsindən qaynaqlanır.

Sənədə əsasən, hakimiyyət bir neçə maddə üzrə əvvəllər nəzərdə tutulan 40 milyard avro əvəzinə 43,8 milyard avroya qənaət etmək istəyir. Hökumətin planına görə, pensiya və sosial müavinətlər indeksləşdirilməyəcək, Müdafiə Nazirliyi istisna olmaqla, heç bir idarənin büdcəsi artmayacaq.

QAZİLER.AZ

Seçilən
1
1
qaziler.az

2Mənbələr