AZ

Fransada etiraz aksiyalarında yarım milyon insan iştirak edib

BAKI, 18 sentyabr. TELEQRQAF

Bu gün Fransada keçirilən etiraz aksiyalarında yarım milyondan çox insan iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri 181 nəfəri saxlayıb, daha 11 etirazçı isə xəstəxanaya yerləşdirilib.

Fransada bir neçə gündür etirazlar davam edir. Etirazlar hazırda parlamentdə baxılan 2026-cı il büdcə qanun layihəsi ilə bağlıdır.

Sənədə əsasən, hakimiyyət əvvəllər planlaşdırılan 40 milyard avro əvəzinə bir neçə maddə üzrə 43,8 milyard avroya qənaət etmək istəyir. Hökumətin planına görə, pensiya və sosial müavinətlər indeksləşdirilməyəcək və Müdafiə Nazirliyindən başqa heç bir idarənin büdcəsi artırılmayacaq.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr