Bakı. Trend:
18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdəsəfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
XİN-dən Trend-ə bildirilibki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcudəməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirəolunub.
Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusiəhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətləringücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeydedilib.
Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habeləbərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha dagenişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətrafmühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətindəAzərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişədövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflıməlumatlandırıb.
Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldəolunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regionalnormallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundansonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərinidavam etdirəcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəflivə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.