AZ

HƏMAS dan İsrailə: Onların nə dirisini, nə ölüsünü görəcəksiniz!

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Qəzzada əməliyyatları genişləndirməsinə cavab olaraq, HƏMAS israilli girovları geri qaytarmaqdan imtina edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qasım Briqadasının məlumatında deyilir.

“Sizin girovlarınız müxtəlif rayonlardadır və nə qədər ki, Netanyahu onların hamısını öldürmək qərarına gəlib, o zaman biz də onları qorumağa çalışmayacağıq. Qəzzada əməliyyatın başlaması və genişlənməsi o deməkdir ki, siz onları nə diri, nə də ölü olaraq alacaqsınız. Onların hamısını Ron Aradın (37 il əvvəl itkin düşən israilli pilot) taleyi gözləyir”, - deyə bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
axar.az

8Mənbələr