AZ

Azərbaycan-Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı. Trend:

Aİ-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı ilə keçiriləngörüşdə investisiya təşəbbüsləri, minatəmizləmə, su ehtiyatlarınınidarəolunması, nəqliyyat və digər sahələrin davamlı inkişafınadəstək üzrə fikir mübadiləsi aparılıb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ)Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Koslagörüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarəttərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərininkişafı məmnunluqla vurğulanıb. Avropa İttifaqı ilə Azərbaycanarasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeydolunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha dainkişaf etdirilməsi üçün böyük perspektivlər var.

Görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə,su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlıinkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsiətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan“Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsaliqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiyatəşəbbüslərini müzakirə ediblər.

Seçilən
13
10
az.trend.az

10Mənbələr