UEFA Çempionlar Liqasında “Qarabağ” məğlubiyyətdən (2:3) sonra Bruno Lage ilə yollarını ayıran “Benfika” Joze Mourinyo ilə müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Klubun açıqlamasında bildirilib ki, Mourinyo ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd olunub ki, bu mövsümün son oyunundan sonra 10 gün ərzində müqavilənin uzadılması maddəsi qüvvəyə minə bilər.