Portuqaliyanın "Benfika" klubu Joze Mourinyonu baş məşqçi postuna təyin etdiklərini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Pepperoni pizza
Qeyd edək ki, Joze Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lajeni əvəzləyib.
Laje Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.
Telegram kanalımız