AZ

"Fomula 1" ulduzları Bakıda: Ferstappen, Alonso, Sayns...

"Formula 1" pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar.

Publika.az xəbər verir ki, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur "Formula 1" pilotları artıq Bakının "Paddock" ərazisindədirlər.

Sabah start götürəcək Azərbaycan Qran-Prisi öncəsi yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Bu gün "Paddock"da Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso və digər dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar.

Pilotların "Paddock"a gəlişi artıq Bakı küçələrində "Formula 1" atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

Seçilən
27
15
publika.az

10Mənbələr