UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Çelsi” gənc futbolçusu Cenesis Antvi ilə sözləşməni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 18 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb. O, klubun akademiyasının yetirməsidir.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 5-də Bakıda keçiriləcək.