AZ

Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına daxil olacaq və sentyabrın 25-dək orada qalacaq.

Bu barədə brifinq zamanı bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, proqramda iki ölkənin sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub:

"Sentyabrın 23-25-də Rusiya FTX-nin "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına daxil olacaq. Səfər ikitərəfli əməkdaşlığın təsdiqlənmiş planları çərçivəsində həyata keçirilir. Səfər proqramında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında əlaqələr nəzərdə tutulub".

M.Zaxarova vurğulayıb ki, rusiyalı sərhədçilərin Azərbaycanın paytaxtına səfəri təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsinə qarşılıqlı istəyin olduğunu göstərir.

\report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
9
azxeber.com

10Mənbələr