AZ

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Görüşdə Abşeron rayonunda biznesin inkişafı üçün imkanlar, yeni təşəbbüslərin reallaşdırılması üçün dövlət dəstəyi mexanizmləri barədə sahibkarlar məlumatlandırılıb, təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. 

Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunmuş budəfəki görüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznes mühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonun iqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yeni bizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlər barədə məlumat veriblər. Bildirilib ki, Abşeron rayonu müxtəlif biznes sahələri üzrə böyük potensiala malikdir. Abşeronda sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət və tikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər. Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinin təşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalar tətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesə başlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən də faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad olunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına, ⁠xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, ⁠güzəştli kreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlif infrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Abşeron rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri "Zəhmət Ruzi" MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarət ediblər. İstehsal prosesi ilə tanışlıq zamanı müəssisənin gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlif dəstək alətlərindən, o cümlədən satış imkanlarının genişləndirilməsi mexanizmindən istifadə edib. 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
8
news.milli.az

10Mənbələr