ABŞ taktiki nüvə silahlarını çatdırmaq üçün gizli təyyarələrdən istifadə edən yeganə nüvə dövlətidir.
HİT.az xəbər verir ki, "Military Watch Magazine" (MWM) jurnalı yazıb.
Analitiklər qeyd edirlər ki, Birləşmiş Ştatlar gizli qırıcılardan və radarlardan yayınan bombardmançılardan istifadə edərək taktiki nüvə silahı yerləşdirən yeganə ölkədir.
Qeyd edilir ki, Amerikanın F-35 Lightning II qırıcıları B61 termonüvə bombalarını daşıya bilir.
Bu yaxınlarda Polşa prezidenti Karol Navroçki bu məsələdə Fransanın köməyinə ümid edərək Polşa torpaqlarında nüvə potensialının, o cümlədən silahların yerləşdirilməsini dəstəklədiyini bəyan edib.
Öz növbəsində Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov qeyd edib ki, Navrotski ya nə danışdığını başa düşmür, ya da Varşavanın nüvə silahı əldə etmək istəyini bəyan etməklə insanları qəsdən çaşdırır.
Samir