AZ

Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq, 3 milyon 151 min 39 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 faiz artaraq, 16 milyon 522 min 42 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 artaraq, 2 milyard 917 milyon 28 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 364 milyon 158 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 4 milyard 395 milyon 981 min dollar məbləğində sement ixrac edib.

Seçilən
36
30
turkic.world

10Mənbələr