AZ

Şəhid jurnalistlərin Parisdə təşkil edilən xatirə sərgisi böyük əhəmiyyət daşıyırdı – şəhid Məhərrəm İbrahimovun qardaşı

Azərbaycan dövləti şəhid jurnalistlərin ailə üzvlərinə daim xüsusi diqqət və qayğı göstərir, onların xatirəsinin yad edilməsi istiqamətində addımlar atılır. Bununla yanaşı ictimai təşkilatlar da bu istiqamətdə müəyyən işlər görür. Bir müddət əvvəl "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birlıiyinin təşkilatçılığı ilə Faransanın paytaxtı Paris şəhərində şəhid jurnalsitlərin xatirəsinə həsr edilən sərgi isə bu mənada xüsusi əhəmiyyət daşıyırdı.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib.

Şəhid qardaşı əlavə edib ki, belə bir sərginin ilk dəfə, özü də Avropada keçirilməsi şəhidlərimizə göstərilən diqqətlə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün önəmlidir:

"Ermənistanın Azərbaycana təcavüzü, dinc və mülki şəxslərə, xüsusilə də peşə borcunu yerinə yetirən jurnalsitlərə qarşı müharibə cinayətləri törətməsi, mina terroru və.s kimi məsələlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Biz bu istiqamətdə haqq səsimizi beynəlxalq aləmdə həmişə qaldırmalıyıq. Parisdə təşkil edilən sərgi, həmçinin şəhid jurnalistlərin fotolarından ibarət bukletlərin paylanılması, bu tədbirə Avropalı siyasətçilərin, tanınmış və nüfuzlu şəxslərin cəlb edilməsi təqdirəlayiq haldır. Buna görə, ailəmiz adından "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinə təşəkkür edirik."

Əsgər İbrahimov həmçinin bildirib ki, dövlət tərəfindən bütün şəhidlərə hansı diqqət və qayğı göstərilirsə, Məhərrəmin ailəsi olaraq kənarda qalmayıblar:

"Ailəsinə dövlət tərəfindən ev verilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ayırdığı müavinət verilir. Bu yaxınlarda Müdafiə Nazirliyinin ordeni ilə təltif edildi. Mən özüm fərdi olaraq Məhərrəmin adının əbədiləşdirilməsi üçün tədbirlər keçirirəm. Şəhid jurnalistlərin xatirəsinə ənənəvi mini futbol turniri keçirilib. Mən özüm də mətbuat işçisi olduğum üçün həmkar qurumlar tədbirləri işıqlandırırlar. Məhərrəmlə bağlı müəllifi olduğum "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabı işıq üzü görüb. Kitabın Mətbuat Şurasında, Respublika Kitabxanasında, Naxçıvan Dövlət Kitabxanasında təqdimatı keçirilib. Yaxın günlərdə belə bir tədbir BDU-da keçiriləcək."

  • Şəhid
  • Şəhid
  • Şəhid
  • Şəhid
  • Şəhid
  • Şəhid
  • Şəhid
  • Şəhid
Seçilən
23
4
day.az

5Mənbələr