AZ

Fransadan Azərbaycana pul köçürmələri 4,7 dəfə artıb

2025-ci ilin ilk yarımilində Azərbaycandan Fransaya fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 2,623 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 946 min ABŞ dolları və ya 26,5% azalma deməkdir. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,073 milyon ABŞ dolları olub, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,536 milyon ABŞ dolları və ya 4,7 dəfə artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,3% təşkil edib və beləliklə Fransa Azərbaycana daxilolmalar üzrə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ilin birinci yarımilində Azərbaycandan Fransaya pul köçürmələrinin həcmi 3,569 milyon ABŞ dolları, Fransadan Azərbaycana daxilolmalar isə 2,537 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları, xaricdən Azərbaycana daxilolmalar isə 533,957 milyon ABŞ dolları olub. Bu göstəricilər müvafiq olaraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% və 6% azalma göstərir.

Fuad Mədətov
Finss.az

Seçilən
18
2
fins.az

7Mənbələr