AZ

Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sərxoşluq və narkotik istifadəsi şübhəsi ilə ümumilikdə 63.133 nəfər Respublika Narkoloji Mərkəzinə yönləndirilib. Onlardan 3.588 nəfər tibbi müayinədən keçib və 1.998 nəfərin narkotik istifadəçisi olduğu təsdiqlənib. Bu barədə məlumatı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu yayıb.

Narkotik istifadəsi təsdiqlənən şəxslərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görüldüyü bildirilib.

Hazırda ölkədə metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 müalicə məntəqəsində ümumilikdə 740 xəstə qeydiyyatdadır. Müalicə alanların bölgüsü belədir:

Respublika Narkoloji Mərkəzi – 285 nəfər

QİÇS-lə Mübarizə Mərkəzi – 321 nəfər

Sumqayıt Narkoloji Mərkəzi – 134 nəfər

Əvəzedici müalicə proqramı, narkotik asılılığından əziyyət çəkən şəxslərin sosial reinteqrasiyasına və infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına yönəlib. 

Gülnar

Seçilən
28
1
anews.az

2Mənbələr