AZ

Azərbaycanda attestatla universitetə qəbul mümkün ola bilər - Ekspert AÇIQLADI

Azərbaycanda tələbələrin attestatla ali məktəblərə qəbul olunması mümkündür. Lakin bu, yalnız müəyyən şərtlər daxilində həyata keçirilə bilər.

Təhsil eksperti Rizvan Fikrətoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, əgər Azərbaycanda fəaliyyət göstərən universitetlərin beynəlxalq akkreditasiyası olsa və burada xarici ali məktəblərin filialları fəaliyyət göstərsə, o zaman tələbələrin imtahansız qəbul imkanları yarana bilər.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində attestatla universitetə qəbul sistemi mövcuddur və bu təcrübənin müəyyən formada Azərbaycanda da tətbiq edilməsi mümkündür:
"Əgər ali məktəbin beynəlxalq akkreditasiyası varsa, həmin təhsil müəssisəsinə qəbul olunmaq üçün əlavə imtahana ehtiyac qalmır. Bu halda tələbə attestat balı ilə seçilir. Belə olarsa, gənclərin xaricə üz tutmasına da zərurət qalmaz."

Ekspert qeyd edib ki, bu sistem həm yerli təhsil müəssisələrinin nüfuzunun artmasına, həm də tələbələrin əlavə vaxt və vəsait sərf etmədən keyfiyyətli təhsil almasına şərait yarada bilər.

Hazırda Azərbaycanda xarici universitetlərin filialları fəaliyyət göstərir və onların tədris proqramları beynəlxalq standartlara əsaslanır. Rizvan Fikrətoğlunun fikrincə, gələcəkdə bu təcrübənin daha da genişlənməsi tələbələrin seçim imkanlarını artıracaq.

Şahanə Xankişiyeva

Seçilən
17
1
far.az

2Mənbələr