AZ

TIXACLARA SON! - Azərbaycanlı gənclər “TEKNOFEST 2025”də

Türkiyədə keçirilən "TEKNOFEST - 2025" də müxtəlif ölkələrdəndən komandalar iştirak edir.

 Azərbaycanı təmisil edən komandalardan biri də gənclərdən ibarət olan “NextGen İnnovators Bhos”dur.

Yenisabah.az-a danışan gənclər festivalda avtonom robot layihələrini təqdim ediblər. pizza mizza

Komandanın təmsilçisi Elnur Qədirli bildirib ki, ideyalarını reallaşdırsalar, cəmiyyə üçün faydalı olacaqlar:

"İdeyamız avtonom hərəkət edən robotlardır. 7/24 işləyir, elektriklə fəaliyyət göstərir. Həm enerji sərfiyyatına qənaət edir, həm də tıxacları aradan qaldırır. Robotlar səkilərdə insanların hərəkət istiqamətinə uyğun olaraq hərəkət edir. Cəmiyyət üçün çox əlverişlidir və əsasən çatdırılmada istifadə olunacaq. Bu, bizim təqdim etdiyimiz ilk yarışmadır. Burada uğur qazansaq da, qazanmasaq da, ideyamızı irəlilədib üzərində işləməyi düşünürük. Həm Türkiyə, həm də Azərbaycan üçün əlverişli olacaq".

Qeyd edək ki, iştirakçılar Bakı Ali Neft Məktəbini təmsil edirlər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
80
1
yenisabah.az

2Mənbələr