AZ

Paşinyan: Bu, Türkiyənin tələbi deyil - VİDEO

Türkiyə Ermənistana giriş-çıxış möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasını tələb etməyib.

Qaziler.az bildirir ki, bunu baş nazir Nikol Paşinyan “Armenpress”in canlı yayımında jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Baş nazir xüsusi qeyd edib ki, Ankara İrəvandan dağ təsvirinin götürülməsini tələb etməyib. O, bunun “Ermənistanı düzgün aerodinamik yola salmaq və ölkənin dövlətçiliyini gücləndirmək” məqsədi ilə edildiyini bəyan edib.

Ağrı dağı Türkiyədə yerləşir, Ermənistanda milli simvoldur.

Daha əvvəl bildirilmişdi ki, Ankara və İrəvan iki ölkə arasında sərhədin açılması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

QAZİLER.AZ

Seçilən
18
qaziler.az

1Mənbələr