AZ

"Benfika" Mourinyo ilə danışıqlar apardığını təsdiqlədi

BAKI, 18 sentyabr. TELEQRAF

Portuqaliyanın "Benfika" klubu Joze Mourinyo ilə danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Lissabon təmsilçisi Portuqaliyanın Qiymətli Kağızlar və Bazar Komissiyasına məlumat göndərib.

"Qartallar" bildirib ki, bu danışıqların yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.

Yerli mətbuatda 62 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacağı yazılır.

Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Brunu Lajeni istefaya göndərib.

Seçilən
15
teleqraf.com

1Mənbələr