AZ

Makron arvadının kişi olmadığını məhkəmədə SÜBUT EDƏCƏK

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə birinci xanımın qadın olduğunu sübut edən fotoşəkillər və elmi sənədlər təqdim etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə BBC ailənin vəkili Tom Klerə istinadla məlumat yayıb.

İddia sağçı fəal Kendis Ouensin Bricit Makronun kişi olaraq doğulduğunu açıqlamasından qaynaqlanır.

Vəkil Kler bildirib ki, birinci xanım bu ifadələri “inanılmaz dərəcədə əsəbi”, prezident isə “diqqət yayındıran və yorucu” hesab edib.

Kler qeyd edib ki, Makronlar məhkəməyə təqdim etmək üçün “ekspert ifadələri” hazırlayır. Buraya hamilə Bricit və uşaqlarının fotoşəkilləri də daxildir. Vəkil vurğulayıb ki, “belə fotoşəkillər var və məhkəməyə təqdim olunacaq”.

“Financial Times”ın iyulun 23-də yayımladığı xəbərə görə, Makron və həyat yoldaşı Delaver ştatında Fransanın birinci xanımını kişi adlandıran amerikalı jurnalist və bloger Kendis Ouensə qarşı iddia qaldırıb.

218 səhifəlik iddiada Ouens “absurd, böhtan və uydurma məlumatlar” yaymaqda ittiham olunur.

Bunlar arasında Bricit Makronun doğum adı Jan-Mişel Trone olması iddiası da var. Ouens həmçinin prezidentlə həyat yoldaşının qan qohumu olduğunu iddia edib.

Ouens daha əvvəl bildirib ki, ABŞ prezidenti Donald Tramp Makronun həyat yoldaşı ilə bağlı istintaqın dayandırılmasını tələb edib.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr