AZ

Şübhəlidir - Hüquq-mühafizə orqanlarına edin!

Saşa İliçin əlində geniş və rəqabətədavamlı heyət var hazırda.

Bunu yeni baş məşqçinin özü də yaxşı bilir.

Premyer Liqanın ortababları arasında «Sumqayıt»a tay olan yoxdur. Riad Rəfiyev yalnız seleksiya işində serbiyalının köməyinə yetişməyib, habelə büdcənin ağzını böyük açıb.

Prezident oyunçu üstünə oyunçu alıb, İliçin nədənsə narahat və narazı olmasına yer buraxmayıb.

İnsafən, İliç «Sumqayıt»a dinamik futbol oynadır. Son iki turda qələbə qazana bilməsələr də, onun işinə mənfi qiymət vermək doğru olmaz.

Komanda oynayır, hücum edir, sadəcə, qol vurmaq problemə çevrilib yenə.

Epizod(lar) olmasa, mən tənqidçilərin mövqeyinə anlayış göstərərəm, sakit qalaram. «İmişli»yə məğlubiyyət sırf iki səbəblə əlaqədardır.

Birincisi, meydanın bərbad vəziyyətdə olması.

İkincisi, Mehdi Cənnətovun açdığı «sirk».

«Sumqayıt» Qubada nominal ev sahiblərindən üstün təsir bağışladı. Aleksandr Ramalinqom təkbaşına «dəfn» edə bilərdi «İmişli»ni.

Maqadaskar yığmasının hücumçusu fövtə verdiyi fraqmentləri xatırlayaq, digər epizodlarla işimiz olmasın. Elə bir dənə bəs eləyir bu.

Yağışdan çıxmış, ağırlaşmış sahədə o imkanları qaçıran forvardı hardasa başa düşmək olar, ancaq Mehdi Cənnətovu yox!

İddia etmirəm, amma nədənsə mənə elə gəlir ki, Cənnətovin topu öz qapısına göndərməsi şübhələdir.

«Sumqayıt»ın idarəçiləri Mehdini sorğu-suala çəkməli, bununla da kifayətlənməyib, hüquq-mühafizə orqanlarını prosesə cəlb etməlidir.

İllərdir Premyer Liqada «çərçivə» qoruyan qapıçının çaşbaş qalaraq o cür kobud xətaya yol verməsinə inanmağım gəlmir.

ELNUR

Seçilən
26
sportinfo.az

1Mənbələr