2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345.2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 679 ədəd və ya 175.3% (2.7 dəfə) artıb.
Ötən ilin eyni dövründə xaricdən 387.9 milyon dollar dəyərində 13 504 ədəd hibrid avtomobil gətirilmişdi.
1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 715 dollar (33 516 manat) olub ki, bu da son bir ildə 9 35 dollar (15 360 manat) və ya 31.4% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 750 dollar (48 875 manat) olub.
Son 2-3 ildə hibrid avtomobillərin ƏDV və gömrük güzəştləri nəticəsində böyük həcmlərdə idxalı baş verib.
Bu da həm qiymətləri azaldıb, həm də ölkədə avtoparkın yenilənməsini sürətləndirib. Nəzərə alaq ki, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV-nin (18%) güzəşt müddəti başa çatır.
Bu da o deməkdir ki, ƏDV güzəşti uzadılmasa, avtomobil bazarında bahalaşma baş verəcək.
Bu bahalaşma xüsusilə ikinci əl avtomobilləri daha çox əhatə edə bilər.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, güzəştin müddəti uzadılmasa, idxal olunan yeni hibrid avtomobillərin qiyməti avtomatik olaraq təxminən 15-20% artacaq:
"Çünki yalnız ƏDV deyil, əlavə xərclərin - logistika, gömrük, marja qiyməti artacaq. Belə vəziyyətdə isə insanlar daha ucuz alternativ kimi ikinci əl bazara yönələcək.
Tələb artdıqca ikinci əl avtomobillərin qiymətləri də artacaq. Bahalaşma miqyası bir neçə amildən asılı olacaq:
- Möhlətin uzadılıb-uzadılmaması (uzadılmasa, təsir daha sərt olacaq);
- Yeni avtomobil idxalının həcmi (azalsa, ikinci əl maşınların qiyməti daha çox qalxacaq);
- Əhalinin alıcılıq gücü (tələb yüksək qalsa, qiymət artımı qaçılmazdır).
10Mənbələr
-
azpost.infoİkinci əl avtomobillər kəskin bahalaşa bilər ( 21496531)
-
olke.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI ( 21482329)
-
demokrat.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər — TARİX AÇIQLANDI ( 21479590)
-
day.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI ( 21479143)
-
poliqon.infoİkinci əl avtomobillər kəskin bahalaşa bilər ( 21477799)
-
yenisabah.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI ( 21477676)
-
milli.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI ( 21477031)
-
yenilik.azAzərbaycanda bu avtomobillər kəskin BAHALAŞACAQ ( 21475747)
-
far.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI ( 21474583)
-
editor.azİkinci əl avtomobillər kəskin bahalaşa bilər – TARİX AÇIQLANDI ( 21474145)