AZ

Spiker Malaziyada görüş keçirib

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.

Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentinin spikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.

Seçilən
51
sabahinfo.az

1Mənbələr