AZ

Polşanın Müdafiə naziri Kiyevə gəldi Ukraynanın təcrübəsi öyrəniləcək...

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Polşanın vitse-prezidenti və müdafiə naziri Vladislav Kosinyak-Kamış Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin nümayəndə heyəti ilə birlikdə Kiyevə səfər edib.

Polşa Müdafiə Nazirliyi X sosial şəbəkədə bildirib ki, səfər zamanı ukraynalı həmkarları ilə hərbi əməkdaşlıq, Ukraynaya əlavə dəstək və Rusiyanın aqressiv hərəkətləri fonunda təhlükəsizlik vəziyyəti müzakirə ediləcək.

Daha əvvəl Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Qeorgi Tixin məlumat vermişdi ki, bu həftə yüksək səviyyəli polşalı nümayəndə heyəti Ukraynaya səfər edərək ölkənin təcrübəsini öyrənəcək.

Qeyd edək ki, Polşa sentyabrın 10-u gecəsi öz ərazisində bir neçə Rusiya pilotsuz uçuş aparatını məhv edib. Ordu bunu təcavüz aktı kimi qiymətləndirərək xalq üçün real təhlükə hesab edib. Moskva isə gün boyu səssiz qaldıqdan sonra yalnız bildirib ki, Polşa ərazisinə hədəfli zərbə nəzərdə tutulmayıb, lakin Polşa tərəfi ilə məsləhətləşmələr aparmağa hazırdır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
azpolitika.info

1Mənbələr