AZ

Ruslan Əmircanov: Bəzən istək o dərəcədə olur ki, özüm özünü yandırırsan

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Səviyyə fərqi açıq-aşkar hiss olunurdu. İstər "Benfika" olsun, istərsə də, "Albasate", fərqi yoxdur, Avropada 19 yaşlı futbolçular əsas komandada çıxış edir". Bu sözləri Sport24.az-a açıqlamasında Ruslan Əmircanov deyib.Hazırda uşaq futbolunda çalışan veteran futbolçu UEFA Gənclər Liqasının I turunda "Qarabağ"ın U-19 komandasının səfərdə Portuqaliya təmsilçisi "Benfika"ya 1:7 hesabı ilə məğlub olduğu oyun barədə fikirlərini bölüşüb:"Bizdə 19 yaşlı futbolçu Premyer Liqada çıxış edir? Acı məğlubiyyət oldu. Baş məşqçi Rəşad Sadiqov canımdı, qardaşımdı. İstəyərdik yaxşı oynasınlar, döyüşsünlər, nəticə qazansınlar. Səviyyəli komandaya qarşı oynayırsansa, onlardan artıq qaçmalısan, mübarizə aparmalısan. Uşaqlar əlindən gələni etdi. İkinci dəfə "Benfika" ilə oynasalar, bu cür hesab qeydə alınmaz. Bəlkə də həmin gün futbolçular oyuna yaxşı köklənə bilməyiblər. Çempionlar Liqasının həyəcanı və futbolçunun ilk dəfə belə qarşılaşmaya çıxması rol oynaya bilər. Bəzən də komandanı oyuna hazırlayırsan, istək o dərəcədə olur ki, özüm-özünü "yandırırsan". Hazırda U-19 çempionatında 2-3 güclü klub varsa, biri "Qarabağ"dır".Qeyd edək ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
sport24.az

2Mənbələr