AZ

Elm miflərə qarşı: Qafqaz Albaniyası və erməni yalançı tarixi

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Arximandrit Aleksey: "Erməni təbliğatçıları regionun keçmişini təhrif edən psevdo-elmi rəvayətləri yeritməyə çalışırlar, lakin bu, tarix elmi tərəfindən təkzib olunur"

Müqəddəs Mirra İrsi Qadınlar Katedralinin keçmiş baş rahibi və uzun illər Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının rəhbəri olmuş Arximandrit Aleksey (Nikonorov) Azərbaycanda tanınmış və hörmətli şəxsiyyətdir. Onu təkcə kilsə üzvləri deyil, həm də dindən uzaq olan bir çox bakılılar qiymətləndirirlər.

Arximandrit Aleksey həm də uzun illərini qədim Azərbaycan ərazisində yerləşən və əcdad irsimizin ayrılmaz hissəsinə çevrilmiş Qafqaz Albaniyasının tarixinin tədqiqinə həsr etmiş görkəmli alimdir. Qonşularının əfsanə və yalanlarını ifşa edən əsərinə görə o, ölkəmizin və xalqımızın tarixi keçmişini inkar etməyə çalışan Azərbaycanı pisləyənlər üçün son dərəcə əlverişsiz olduğunu sübut etdi.

Bir il əvvəl Aleksey ata rəsmi vəzifələrini yerinə yetirmək üçün Azərbaycanı tərk etdi və Maltadakı pravoslav icmasının rəhbəri oldu. Bununla belə, o, akademik araşdırmalarından əl çəkmədi. Onun Qafqaz Albaniyasının tarixinə dair, xüsusən də Romada keçirilən konfransda təqdim etdiyi son əsərləri Bakı din xadimini ləkələməyə çalışan erməni ruhanilərinin, revanşistlərinin və radikallarının yeni hücum dalğasına səbəb oldu.

Aleksi Ata Caliber.Az-a müsahibəsində din, psevdotarix və Armagitprop mifləri ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Romada keçirilən akademik konfransda təqdim olunan yeni işinizin nəticələri nə oldu? Xüsusilə erməni lobbisinin reaksiyası necə oldu?

- 10 aprel 2025-ci il tarixində Vatikanın aparıcı universitetlərindən biri olan Papa Qriqorian Universitetində Azərbaycanda xristianlığa həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu mötəbər forumda 15 ölkədən ekspertlər iştirak ediblər. Sessiyalardan birinin kuratorluğu və 17-ci əsrdə Səfəvilər dövründə Gəncəsər Katolikosluğu haqqında məruzə təqdim etmək şərəfinə nail oldum.

Əsas mənbə 1691-ci ildə Osmanlı İmperiyasının paytaxtında hazırlanmış, Boloniya Universitetinin arxivindən yeni aşkar edilmiş topoqrafik xəritə idi. Bu xəritə Qafqaz Alban Kilsəsinin vəziyyətini ətraflı şəkildə yenidən qurmağa və o dövrdə hansı yepiskop iqamətgahlarının, monastırların və ziyarətgahların fəaliyyət göstərdiyini müəyyən etməyə imkan verir. Bu yanaşma Qafqazda heç vaxt erməni kilsəsindən başqa heç bir kilsənin olmadığını iddia etməyə çalışan opponentlərimiz üçün son dərəcə zərərli olduğunu sübut etdi.

Konfransın yekununda erməni icması sözün əsl mənasında hiddətləndi. Onlar tədbirin mahiyyətindən xəbərsiz olaraq foruma “antielm”, “antierməni”, hətta “irqçi” damğasını vurmağa cəhd ediblər. Təbii ki, bu tamamilə səhvdir.

İki həftə ərzində erməni din xadimləri, “alimlər” və sadəcə olaraq “narahat olan şəxslər” Vatikanın strukturlarını "bombalayaraq", universitet rektorunu və papalıq kilsələrinin iki prefektini "persona non qrata" elan etməyə çağırdılar. Bütün bunlar isə sadəcə olaraq, onların erməni olmayan qafqazşünaslara tribuna verməyə cəsarət etdiklərinə görədir. Bu, təəssüf ki, çoxlarının özünü cəlb etdiyi əsl absurd teatrıdır.

- Vətəninizdən uzaqda xidmətiniz necə keçir? Katolik Maltada pravoslav dəyərləri necə qəbul edilir?

- Qərbi Avropada xidmətin xüsusiyyəti ondan ibarətdir ki, icmaları ilk növbədə vətənlərindən uzaqda olan miqrantlar təşkil edir. Onlar üçün mənəvi dəstək və oxşar çətinliklərlə üzləşən insanlarla ünsiyyət qurmaq imkanının olması xüsusilə vacibdir. Kilsə qaranlığı dağıdan işıq mənbəyini Allahda taparaq, dağılmamaq, sınaqlara qalib gəlmək və özünü qorumaq üçün bir yol olur.

Mənə gəlincə, Malta bir çox cəhətdən mənə Abşeron yarımadasını xatırladır: ilıq dənizin yuduğu qayalı sahillər və yerli əhəng daşından tikilmiş istehkamlar xüsusi yaxınlıq hissi oyadır.

- Moskva Patriarxlığı və xarici alimlər sizin işinizi necə qarşılayırlar?

- Qafqaz Alban Kilsəsinin tarixinə dair ilk akademik işim pravoslav və qeyri-kalsedon kilsələrinin hörmətli alimi, Moskva İlahiyyat Akademiyasının professoru Boris Aleksandroviç Nelyubovun rəhbərliyi altında hazırlanmışdır. (Bu, Xristoloji mübahisələrə görə 451-ci ildə Xalkedon Şurasının qərarlarını rədd edən xristian kilsələrinə aiddir. Bu gün bunlara Efiopiya, Kopt, Süryani, Erməni, Eritreya və Malankara kilsələri daxildir– Red.)

Moskva İlahiyyat Akademiyasında dissertasiyamı müdafiə etdikdən sonra mənə ilahiyyat elmləri namizədi elmi dərəcəsi verildi ki, bu da Avropanın ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsinə bərabərdir. Bu mövzuda araşdırmalarımı davam etdirmək üçün Həzrətləri Patriarx II Aleksi məni Romaya göndərdi və orada həm magistratura, həm də doktorantura proqramını bitirdim.

2024-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutu Qafqaz Albaniyası Kilsəsi haqqında kitabımı ingilis dilində nəşr etdi. Dünyanın bütün aparıcı tarixi kitabxanalarına göndərilib.

Məqsədimiz Cənubi Qafqazın tarixinə və onun xristian irsinə ayıq və doğru baxışı təqdim etməkdir. Erməni təbliğatçıları regionun keçmişini təhrif edən psevdo-elmi rəvayətləri yeritməyə çalışırlar.

- Əməyiniz elmi olaraq tanınıb.

- 2021-ci ildə Musa Kalankatuyskinin yaradıcılığına dair monoqrafiyam nəşr olunandan bəri heç bir ciddi qafqazşünas onu tənqid etməyib. Əksinə, çoxlu müsbət rəylər almışam.

Hücumlar millətçilər tərəfindən həyata keçirilir, onlar saxta klişelərdən istifadə edirlər: "elm əleyhdarı", "təbliğat", "dinlərarası sülhün məhv edilməsi" və s. Onların elmi arqumentləri yoxdur, buna görə də hər şey komik görünür.

- Buna baxmayaraq, bədxahlar çoxdur. Erməni “Geqard Fondu” sizi faktları təhrif etməkdə ittiham edir- “1918-ci ilə qədər nə Azərbaycan dövləti, nə də “azərbaycanlı” etnonimi mövcud olmayıb”.

- Bu ittihamları regionun tarixindən az xəbəri olan siyasiləşmiş, revanşist dairələr səsləndirir. “Azərbaycanlı” etnoniminin olmaması ilə bağlı iddialar tamamilə yalandır.

Qədim dövrlərdən bəri bölgə qədim və orta əsr mənbələrində “Azərbaycan” toponiminin pəhləvi forması olan “Atarpatakan” kimi qeyd edilmişdir. Ərəb mənbələrində “Ədərbaycan ölkəsi” qeyd olunur. XII-XIII əsrlərə aid Cənubi Qafqaz Atabəyləri dövləti “Atabekan-e Adarbaican” kimi tanınır.

Əgər bu cür əsas faktlara “Geghard Foundation” müəlliflərinin əli çatmazsa, bəlkə də başlıqlarından “alim” sözünü çıxarmalıdırlar. Mənim kilsə rəhbərlərim, şübhəsiz ki, bu şikayətlərin müəlliflərindən daha savadlıdırlar. Akademik ictimaiyyətdə təhdid və qışqırmaqla deyil, arqumentlərlə cavab vermək adətdir.

- Erməni kilsəsini monofizit yox, miafizit adlandırdığınız zaman niyə bu qədər inciyir? Bəs niyə 17-ci əsrin topoqrafik xəritəsindəki məqalənizə etiraz edirlər?

- Doqmatik məsələlər adi insan üçün mürəkkəbdir. Mütəxəssislər bilirlər ki, erməni ilahiyyatı miafizit kimi təsnif edilməlidir. Bununla belə, tarixi ədəbiyyatda ənənəvi olaraq “monofizit” terminindən istifadə olunur.

Görkəmli tarixçi V.V. Bolotov yazırdı: "Ermənilər... monofizit icmasına daxil oldular, lakin orada nə şərəf, nə də şöhrət qazandılar; onların vəziyyəti acınacaqlı idi, ritualları isə axmaqlıq hesab olunurdu". Məni yox, klassikləri tənqid etmək lazımdır.

Məqaləyə gəlincə, Səfəvi imperiyasına (1501–1722) aid mənbələrdə mərkəzləri Şamaxı, Gəncə, İrəvan və Təbrizdə olan bəylərbəyləri Azərbaycan hökmdarları tərəfindən idarə olunurdu və fars, osmanlı və ərəb mənbələrində “azərbaycanlı” adlandırılırdı.

Ermənilərin İrəvanda yaşadığını inkar etmirəm, lakin onların dövlətçiliyi o vaxtdan çox-çox əvvəl itirilib. Ona görə də müxtəlif dövrlərdə şəhərləri fars, osmanlı və ya azərbaycanlı adlandırmaq olardı- bu, tarixi reallıqdır.

Rəqiblərim yel dəyirmanları ilə mübarizə apardıqlarını unudub Don Kixotu oynayırlar.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
sesqazeti.az

1Mənbələr